Motosikletçilər Usubovu qəzəbləndirdi

22-11-2014, 12:29   
Motosikletçilər Usubovu qəzəbləndirdiNazir Bakı polisini ayağa qaldırdı, «motosiklet ovu» başladı

Bakıda motosikletlərə qarşı xüsusi reyd keçirilir. Paytaxtın əksər küçə və prospektlərində hüquq-mühafizə orqanlarının əməkdaşları yol polisi və post-patrul avtomobilləri ilə axtarış aparırlar. Əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin alay komandiri Rəşadət Babayev (302), Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik Ibrahimov (304) rəhbərlik edir (Aznews.az).

Məlum olub ki, dünən saat 20-21 radələrində daxili işlər naziri, general-polkovnik Ramil Usubov metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən 6 motosiklet onun yoluna keçib və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarını pozub.
Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıdakı əksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkəti qaydalarını tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib. Bundan sonra “motosiklet ovu”na start verilib.

Bu olayın Ramil Usubova qarşı təxribat, yoxsa sadəcə xuliqanlıq olduğu bəlli deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.