Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika qitəsini müsəlmanların kəşf etməsini deməsindən məhz 7 il öncə Pensilvaniyada yaşayan nurçu lider Fətullah Gülən bu haqda öz məqaləsində yazıbmış.
Axar.az xəbər verir ki, Gülən 2007-ci ildə "İnsanların Amerikaya gəlməsi necə olub?” adlı məqaləsində Amerika qitəsini müsəlmanların kəşf etdiyini yazıb. O, Amerikanı kəşf etmək üçün xüsusi bir hadisəyə ehtiyacın olmadığını deyib:
“Bu gün belə Berinq boğazı buz bağladığında Rusiyadan Amerikaya keçmək mümkündür. Belə bir məsafəni ən adi ibtidai qayıqlarla da keçmək olar. Müasir gəmilərin olmadığı bir dövrdə Xristofor Kolumbdan əvvəl müsəlman səyyahlar Amerikaya keçərək oranı kəşf ediblər. Bu gün bir çox araşdırmaçı bu həqiqəti qəbul edir. Amerikanı kəşf etmək üçün böyük bir hadisəyə ehtiyac yox idi”.