ANS PRESS Ermənistan ordusunun yaydığı videoyalanın üstünü açdı
Hərb Ağdamda vurulmuş helkopterin pilotlarının meyitinin qalıqlarını çıxardığını iddia edən Ermənistan ordusunun yaydığı videoda xəbərin yalan olduğu açıqca görünür. [media=http://www.youtube.com/watch?v=sqNTyrYDqyk&list=UUkYH_w7wmNQYUpy3cjSqNKw]
ANS PRESS-in məlumatına görə, erməni bloger Ani Marqayan tərəfindən yayılmış videoda guya pilotun ərazidən çıxarılmış cəsədinin görüntüləri yer alır. Amma videoya diqqətlə nəzər yetirdikdə üzü pərdə ilə bağlanmış pilotun ya sağ adam, ya da pambıqla doldurmuş müqəvva olduğunu anlamaq çətin deyil.
Müqəvvaya geydirilmiş paltarın üzərində heç bir yanıq izi görünmür. Həmçinin videoda göstərilən və guya pilota aid olduğu iddia edilən tamamilə bütöv olan paraşütdə heç bir yanıq izi aşkarlanmır. Halbuki, helikopter alçaq məsafədən uçarkən qəfil vurulan zaman partlayaraq yanmışdı və oradan pilotların paraşütlə tullanmaq imkanı sıfır idi.
Ani Marqaryanın nümayiş etdirdiyi videoda əməliyyat görüntülərinin olmaması da Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərin yalan olduğunu sübut edir.
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Mazirliyinin yaydığı məlumatda noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribat və yalan olduğu bildirilir.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirəbiləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər.
Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir.
Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər.
Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındad