Komandir vur, düşməni susdur (VİDEO)

22-11-2014, 23:12   
Komandir vur, düşməni susdur (VİDEO)
Hərbçimiz İlkin Muradov kəndində mahnı sədaları altında qarşılanıb

Hərb Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun, işğal etdikləri Azərbaycan ərazisindən, mövqelərimizə hücumunu dəf edən o məhşur komandir bu gün evindədir.

cəhbənin Ağdam istiqamətində mövqelərimizə hücuma cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri açdığı atəşlə məhv edən müddətdən artıq hərbi qulluqçu İlkin Muradov doğma kəndi Xolqarabucaqdadır.

Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə tərəfindən mükafatlandırılan İlkin valideynləri ilə görüşmək imkanı qazanıb.

Neftçala rayonun Xolqarabucaq kəndində indi qocalı, cavanlı hamı Muradovlar ailəsinə baş çəkib sevinclərinə şərik olur. İlkini sürprizlə qarşılayanlar da var.

Onun üçün mahnı da bəstələyiblər.

Bu mahnının sədaları altında İlkinlə həmsöhbət olmaq hamı kimi bizə də qurur verirdi: "Vur komandir vur, gəlir bu mənfur, düşməni susdur, sərhəddi pozur. Vur komandir vur".

2 bacının bir qardaşı, ailənin ilki olan 24 yaşlı İlkinin gəlişinə sevinən atanın hisslərinə isə yəqin ki bütün atalar şərik çıxardı.

Bu gün Xolqarabucaq kəndi sevinc içindədir. Bu sevinci doğuransa İlkinin daha böyük döyüş uğurlarına imza atacağına və qələbə gününün çox da uzaqda olmayacağına inam hissidir.[media=http://www.youtube.com/watch?v=S8x9RW57OuE]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.