Sabun xərçəng yaradır

23-11-2014, 12:35   
Sabun xərçəng yaradırMətbəxdə istifadə olunan bir çox vasitələrin tərkibində və sabunda olan antibakterial maddə – triklozan insanın qara ciyəri üçün çox təhlükəlidir və orqanizmdə xərçəng yarada bilər. Bununla bağlı Kaliforniyanın San-Dieqo Universitetinin tədqiqatçıları araşdırma aparıblar.

Nəticələr o qədər əhəmiyyətli olub ki, hətta ABŞ Elmlər Akademiyası bununla bağlı noyabrın 17-də təcili toplantı da keçirib.

Tədqiqat siçanlar üzərində 6 ay ərzində (insan həyatının 18 ilinə ekvivalent olaraq) aparılıb. Gəmiricilərə müxtəlif dozada triklozan maddəsi verilib. İstifadə olan maddə heyvanların ciyərlərində problem yaradıb. Məlum olub ki, triklozan maddəsi detoksikasiyanı təmin edən zülalların istehsalına təsir edir və bu da şişlərin əmələ gəlməsinə səbəb olur.

Alimlərin araşdırmalarına görə, insanların 75%-nin sidiyinin tərkibində triklozan maddəsi var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.