Almaniya İŞİD-ə qatılan 60 almanın öldürüldüyünü açıqlayıb.
açıqlanan hesabatda Almaniyadan 550 nəfərin İraq və Suriyaya getdiyi bildirilir.
Geri qayıdanların sayının isə 180 olduğu və onlara hansı tədbirlərin görülməsi barədə isə araşdırmalar aparıldığı qeyd edilib.
Almaniya Konstitusiyasının Mühafizəsi təşkilatı rəhbəri Hans-Georg Massen durumdan qormxamağın lazım olduğunu deyib:
"ABŞ, İngiltərə, Fransa və digər qərb ölkələri ilə eyni gəmidəyik. İndiki vəziyyət narahatlıq doğursa da, qorxmamalıyıq. Terror hücumlarının bizdə də ola biləcəyi ehtimalına hazır olmalıyıq. Təbii ki, maneə törətmək üçün əlimizdən gələni etməliyik. Bir təhlükənin olduğunu bilməliyik".