Təmtəraqlı toy Hindistanda təşkil olunub
400 min avroya alınan zinət əşyalarını taxan qız, sözün əsl mənasında, qızıla bürünüb.
Lakin toyda diqqəti çəkən tək gəlinin üzərindəkilər olmayıb. Gəlinin atası da boynundakı qızıllarla gəlin qədər diqqəti cəlb edib. Toyda ləl-cəvahirat təhlükəsizliyini təmin etmək üçün Hindistanın Tirupati şəhərində xeyli polis səfərbər edilib.
Qeyd edək ki, dünyanın ən kasıb ölkələrindən biri olan Hindistanda baş verən bu hadisə bir çox insanların qınağına səbəb olub.