İsrail yəhudi Kürdüstanı yaradır – Tək düşmən türkdür

24-11-2014, 13:43   
İsrail yəhudi Kürdüstanı yaradır – Tək düşmən türkdür
PKK terror təşkilatının ən yaxşı bilicilərindən sayılan istefada olan polkovnik Ərdal Sarızeybək kürd-erməni iş birliyindən bəhs edib.

polkovnik kürd-erməni birliyinin hələ Osmanlı dövründə yarandığını açıqlayıb:

“Osmanlı dövlətində ilk siyasi təşkilatları quranlar və həm Osmanlıya, həm də respublikaya qarşı üsyan edənlər hər zaman eyni insanlar olub. Türk tarixinə yaxşı baxın: 1908-ci ildə birgə siyasi azadlıq qazanan bu şəxslər və təşkilatların məqsədi eyni idi - Anadolu ilə Asiya arasına neytral bir maneə yaratmaq və türk millətinin Asiya ilə əlaqələrini kəsmək”.

Keçmiş komandirin sözlərinə görə, bu planın əsası ingilislər tərəfindən qoyulub:

“Bu siyasi layihə ilk olaraq ingilislərin Sevr müqaviləsini imzalatması ilə başlandı. İkinci Dünya müharibəsindən sonra ruslar da bu planı Mahabad Cümhuriyyətinin yaradılması ilə təsdiqlədi. İsrail ərəblərlə döyüşlərə başlayandan sonra yəhudi Kürdüstanı yaradılmaq niyyətilə indi də İsrail tərəfindən dəstəklənir”.

İstefada olan polkovnik 2004-cü ildən sonra bu planın reallaşmasında ABŞ-ın fəallıq göstərdiyini qeyd edib:

“1991-ci ildə İraq müharibəsindən sonra ABŞ da bu hiyləgər tələyə razılıq verdi. 2004-cü ildə Fransa Prezidenti Jak Şirak "Biz Bizansın törəmələriyik” deyəndən sonra Avropa Birliyi ölkələri də hansı cəbhədə olduqlarını göstərdi.

Türk milləti tarixinin ən hiyləgər ittifaqıyla qarşı-qarşıyadır. 1908-ci ildə başlayan siyasi kürd təşkilatları 1927-ci ildə erməni Daşnaksütyun partiyası ilə birləşdi. Liviyada əsası qoyulan Hoybun təşkilatı məhz bunun üçün yaradılmışdı. 1970-ci ildən sonra bu təşkilat ASALA-ya çevrildi. İndi hamı birləşib. Tək düşmən var: türk”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.