“Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin”.
bu təklifi Yeni Azərbaycan Partiyası Siyasi Şura üzvü Aydın Mirzəzadə irəli sürüb.
A.Mirzəzadə bildirib ki, noyabrın 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücüm zamanı vurulmuş Ermənistan hərbi helokpteri məsələsi ətrafında proseslər səngimək bilmir: “Düşdüyü çətin siyasi-dipliomatik vəziyyətin ağırlığını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helikopterin vurulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini açıq-aydın biruzə verir.
Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyitini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır.
Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyitini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümüyiş etdirilir.
Düşmən olsalar da helikopterdə həlak olanlar insandır və onların da normal torpağa tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar”.