Azərbaycanlı teleaparıcı 1 milyona restoran aldı

24-11-2014, 18:25   
Azərbaycanlı teleaparıcı 1 milyona restoran aldıATV-nin keçmiş əməkdaşı, teleaparıcı Emin Musəvi Latviyada 780 min avroya (1 milyon dollar) restoran alıb. Lent.az-ın arqument.az-a istinadən məlumatına görə, jurnalistə məxsus "Azərbaycan restoranı"nda işgüzar görüşlər, toylar, ad günü mərasimləri, bayramlar və digər banketlər keçiriləcək.
Restoran 2 banket zalı (biri 110 nəfərlik, digəri 40 nəfərlik), 2 VİP otaqdan ibarətdir. VİP otaqların eyvanı meşəyə və gözəl mənzərəli gölə açılır. Bundan başqa, yay mövsümündə restoranın həyəti də müştərilərin ixtiyarındadır.
Qeyd edək ki, bir neçə gün öncə Emin Musəvi Latviyada Azərbaycan mətbəxini təqdim edən restoranı barədə show.az-a danışıb və restoran aldığını təsdiqləyib.
Onun sözlərinə görə, komandası ilə birgə, 5 aydır ki, Azərbaycan restoranı ilə məşğuldurlar və bir sıra yeniliklərə imza atıblar: "Bu məkan artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Restoran Latviyada, gözəl bir gölün yanında, Riqadan 10 dəqiqəlik uzaqlıqda yerləşir. Bu məkanda müştərilərə sırf milli yeməklərimiz təklif olunur. Yeməklər həm azərbaycanlı, həm də latış aşbazlar tərəfindən hazırlanır. Restoran üçün bir neçə tanıtım çarxı çəkilib. Latış radiostansiyalarında, internet portallarında "Sarı gəlin" musiqisi üzərində qurulan audio və video çarxlar yayımlanır".
Teleaparıcının məhz Latviyada bizneslə məşğul olmasının səbəbləri çoxdur. Belə ki, Azərbaycanda fəaliyyət göstərən, 2009-ci ildən Latviya hökuməti ilə əməkdaşlıq edən "EMco" kompaniyası Azərbaycanda vaxtaşırı Latviya günləri keçirib. Hətta Azərbaycan Latviya istehsalı filmdə özünü prodüser kimi sınayan Emin Musəvi iki ölkə arasında olan isti münasibətlərdə ictimai səviyyədə rol oynayıb.
Bu film latışlarla ilk layihələrdən biri idi. Film "Şərq şəxsi məsələdir" ("Vostok delo liçnoe") adlanır. Latviyanın indiki prezidenti və keçmiş baş naziri Bakıya təşrif buyurarkən məhz "EMco" şirkəti xəbərləri işıqlandırmış, məlumat, foto, video materialları yerli və latış mediasında yaymışdı. Eyni zamanda "EMco" kompaniyasının təqdimatında Layma Vaykule, Raymond Pauls və digər tanınmış latviyalılarla eksklüziv video müsahibələr çəkilib, Azərbaycan teleməkanında təqdim edilmişdi.
Hazırda Latviyada həmyerlimiz Emin Musəvi "EMco Latvia" kompaniyasını təsis edib.
Onu da qeyd edək ki, teleaparıcı restoranın qiyməti ilə bağlı heç bir məlumat verməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.