Ovda dəhşət: güllə gözündən girib ağzında dayandı

24-11-2014, 20:25   
Ovda dəhşət: güllə gözündən girib ağzında dayandıMasallıda ov zamanı bədbəxt hadisə baş verib

Masallı rayonu Xırmandalı kəndində bədbəxt hadisə baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Kərimov Qaraş Əlisəfa oğlu ov tüfəngi ilə ov ovlamağa gedib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini ov zamanı tüfənglə ehtiyatsız davrandığı üçün yaralanıb. Masallı rayon Mərkəzi xəstəxanasının cərrahı Faiq Əliyev bildirib ki, tüfəngin patronu gözün alt tərəfindən daxil olub ağız hissəsinə qədər gəlib.

Onun sözlərinə görə Xəstə Masallı rayon Mərkəzi xəstəxanasında müayinə olunub. Patronun yarada olması rentgen müayinəsi ilə də müəyyən olunub. Xəstəxanaya Respublika Klinik Xəstəxanasından həkimlər dəvət olunub.


Xəstənin Bakıda əməliyyat olunması məsləhət görülüb və yola salınıb. Onu da qeyd edək ki, xəstənin hazırkı vəziyyəti orta-ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.