Şeyx qubalılara verdiyi 2 milyon dollarını geri ala bilmir-İDDİA

24-11-2014, 20:44   
Şeyx qubalılara verdiyi 2 milyon dollarını geri ala bilmir-İDDİAQMİ sədrinin meyvənin müabilində avans şəklində ödədiyi pulla bağlı qalmaqal yaşadığı deyilir

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə ilə bağlı daha bir məlumat yayılıb. JAM.AZ-ın elektron ünvanına daxil olan məlumata görə, bu dəfə şeyxin qubalılarla problemi yaranıb.

Məlumatı göndərən Kamal Murad adlı şəxs iddia edir ki, Avropanın Rusiyaya sanksiya tətbiq etməsi az müddətdə Quba camaatı üçünsərfəli olub. Çünki onlar meyvələrinin asanlıqla Rusiya bazarına çıxararaq, satmağa nail olublar. Lakin Rusiyada rublun qiyməti dollara nisbətdə 49-a çatdıqda bazar kasadlaşmağa başlayıb.

Mənbə iddia edir ki, Allahşükür Paşazadə Qubada meyvə satışı ilə məşğul olanlara 2 milyon dollar pul verib. Avans şəklində verilən həmin pul meyvə çıxanda natural formada geri qaytarılmalı idi. Lakin qubalılar Şeyxin istədiyi nə meyvəni, nə də pulunu vermirlər.

Mənbənin iddiasına görə, Qafqazın Şeyxi məsələnin böyüməsini istəmir. Ona görə də, problemin alternativ yollarla həll edilməsinə çalışır.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.