Qadından şok addım: oğlunun qisasını almaq üçün 25 terrorçunu öldürdü

24-11-2014, 23:05   
Qadından şok addım: oğlunun qisasını almaq üçün 25 terrorçunu öldürdüƏfqanıstanlı qadın oğlunun ölümünün qisasını almaq üçün “Taliban”ın azı 25 üzvünü öldürüb. Musavat.com xəbər verir ki, məlumatı “Khaama Press” yayıb.

Qadının oğlu Əfqanıstan polisinin əməkdaşı olub və terrorçular tərəfindən onun gözləri qarşısında qətlə yetirilib.

Reza Qul adlı qadın qızının və gəlininin yardımı ilə “Taliban” üzvləri ilə 7 saat davam edən atışmaya girib. Nəticədə azı 25 terrorçu məhv edilib, daha 5 nəfər isə yaralanıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyi ananın addımını cəmiyyətin “Taliban”a qarşı mübarizəsinin simvolu kimi qiymətləndirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.