Bakıda erməni məhsulları satılır- Mütəşəkkil dəstə işləyir – FOTOFAKT

24-11-2014, 23:29   
Bakıda erməni məhsulları satılır- Mütəşəkkil dəstə işləyir – FOTOFAKT
Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov məlumat verib. Erməni məhsullarının satıldığı ünvanların adalarını da açıqlayan AİB sədri ərzaqların ölkəyə hansı yolla ayaq açdığını da gizlətməyib.

E.Hüseynov bildirib ki, paytaxtın iki nöqtəsində – Nəsimi rayonu, S.Əsgərov küçəsində və Nərimanov rayonu, Ziya Bünyadov 54 ünvanında Ermənistan şirkəti tərəfindən istehsal olunan yulaf (“Gerkules”) və başqa məhsullar satılır. Onun sözlərinə görə, bu xəbəri Azərbaycan İstehlakçılar Birliyinə sakinlər veriblər:

“İstehlakçılar həmçinin məhsulu Birliyə təqdim edəndə həmin məhsulların üzərində Azərbaycan dilində heç bir məlumatın olmadığını gördüm. Halbuki, “Dövlət dili haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar milli dildə markalanmalıdır. Alıcı məhsulun tərkibini, yararlılıq tarixini, onun zərərli olub-olmadığını öyrənməlidir. Lakin bəzi marketlərdə bu kimi məhsullar satılır. Həmin məhsullarla bağlı dəfələrlə məlumat verilsə də, təəssüflər olsun ki, heç bir rəsmi dövlət orqanı hərəkətə keçməyib. Hələ də qablaşdırılması erməni dilində olan məhsullar ölkədə satılır”.

AİB sədri sözügedən məhsulların ölkəyə xüsusi mütəşəkkil dəstə tərəfindən gətirildiyini söylədi.

Azad İstehlakçılar Birliyinin araşdırması nəticəsində markalanması ermənicə aparılan qarabaşağın “Siren” şirkəti tərəfindən istehsal olunduğu məlum olub.

Qeyd edək ki, vətəndaşlar həmin məhsulları alarkən kassadan verilən qəbzi də Birliyə təqdim ediblər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.