Rusiya vətəndaşları əmindirlər ki, Moskva qondarma DXR və LNR-in müstəqilliyini qəbul etməlidir.
bu “Levad-mərkəzi” yerli müstəqil sorğu mərkəzinin yeni keçirdiyi sorğunun nəticəsində qeyd edilir.
Ümumiyyətlə sentyabr ayından Rusiya vətəndaşları arasında avqustda əldə olunan sülh sazişinin hərbi əməliyyatlarla əvəzlənəcəyinə inananlar çoxdur. İki ay ərzində skeptiklərin sayı 46 faizdən 55 faizədək qalxıb. Məsələnin sülh yolu ilə həllinə inananlar arasında isə 6 faiz azalma olaraq 27 faizdən 26 faizə enmə yaşanıb. Bu suala cavab verməyə çətinlik çəkənlər də iki ay ərzində 27 faizdən 25 faizə düşüblər.
Rusiya ordusunun Ukraynaya yeridilməsi tərəfdarları arasında da artım qeyd olunur. Buna baxmayaraq ordunun yeridilməsinə tərəfdar olanlar hissolunacaq qədər azdır.
Belə ki, sntyabr ayında 21 hazırda isə ordunun yeridilməsini 23 faiz insan dəstəkləyir. 58 faiz vətəndaş isə birmənalı olaraq ordunun yeridilməsinə qarşıdır. Ümumiyyətlə Rusiya vətəndaşlarının çoxu Donbasa hətta ən kritik vəziyyətdə belə Rusiya ordusunun yeridilməsinə qarşıdır.
Hazırki böhranın səbəbini isə ruslar Avromaydanda görürlər. Mərkəzin hər on sorğuladığı vətəndaşlardan altısı (60%) hesab edirlər ki, keçən ilin 21 noyabrında başlayan Avromaydan hadisələri Ukraynda sosial-siyasi və iqtisadi böhranın başlanğıc nöqtəsində durur. Respondentlərdən daha 18% isə bu ilin fevralında Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasını böhranın başlanğıcı kimi görür.
Sorğuda iştrak edənlərin yalnız hər yüzündən-yeddisi Krım referendumunu, hər yüzündən-ikisi isə qondarma DXR və LNR-in elan olunmasını böhran səbəbi kimi görürlər. Daha 3 faiz isə Donbasda Ukrayna ordusunun antiterror əməliyyatlarını böhranın başlanğıc nöqtəsində görürlər.