Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Avropa ölkələrinə ABŞ-ı NATO-dan qovmaq təklifini verib.
Axar.az xəbər verir ki, Narışkin bu barədə Avropada güvən böhranını aradan qaldırmaqla bağlı keçirilən beynəlxalq dəyirmi masasında bildirib.
“Mənim fantastik təklifim var. Mən avropalı partnyorlarımıza ABŞ-ı blokdan qovmağı təklif edərdim”, - Narışkin deyib.
Onun fikrincə, bu addımdan sonra Avropada sabitlik və təhlükəsizlik tezliklə əvvəlki vəziyyətinə qayıdacaq.