Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İstanbul dünyanın 7-ci gözəl şəhəri seçildi – İlk onluq

25-11-2014, 22:12   
İstanbul dünyanın 7-ci gözəl şəhəri seçildi – İlk onluq
Feysbuk istifadəçiləri ən çox bəyəndikləri şəhərləri seçiblər.

Axar.az “Deyli Meyil”ə istinadən xəbər verir ki, aktiv istifadəçi sayı 1.32 milyarddan çox olan Feysbuk istifadəçilərinin ən çox sevdikləri 50 şəhər arasında İstanbul şəhəri də var.

Şəhərlərin “like” (bəyəndim) sayı ilə yarışdıqları siyahıda birinci yerdə 15 milyon “like” ilə ABŞ-ın Nyu York şəhəri gəlib. Fransanın paytaxtı, sevgi şəhəri Paris ikinci, İngiltərənin paytaxtı Londonun isə üçüncü olduğu ən çox bəyənilən şəhərlər arasında İstanbul yeddinci yerdə qərarlaşıb.

Siyahıdakı maraqlı detallardan biri isə İranın paytaxtı Tehranın İtaliya paytaxtı Romadan daha çox “like” edilməsi olub. Tehran siyahıda 32-ci sırada yer alıb, Roma isə 35-ci olub. Siyahıda sonuncu yerdə isə 687 min “like”la Almaniyanın paytaxtı Berlindir.

İlk onluq:

Nyu York – 15.363.714
Paris – 9.144.939
London – 8.546.175
Los Anceles – 7.176.469
San Paulo – 4.915.960
Las Veqas – 3.286.174
İstanbul – 3.221.451
Rio de Janeyro – 2.913.718
Barselona – 2.614.534
Atlanta – 2.342.999
- See more at: http://axar.az/news/35799#ad-image-0
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar