Rusiya Ukraynanın Odessa vilayətinin cənubunda “Bessarabiya Xalq Respublikası” adlı yeni dövlət yarada bilər.
bu sözlər Da Vinçi AG analitik qrupunun hesabatında yer alıb.
Hesabatda Rusiyanın yeni yaradacağı qondarma qurumun Ukrayna ilə kifayətlənməyəcəyi, bunun Moldovaya da təsir edəcəyi bildirilib. Həmçinin Moldovada destablizasiyanın yaradılacağı bölgələr sırasında Qaqauziya, Bessarabiya, Tarakliysk və Dnesteryanın yer alacağı deyilib.
Analitik qrup əsas ağır vəziyyətin Qaqauziyada olduğunu və Kremlin aktivliyini bu istiqamətə yönəltdiyini açıqlayıb. Qrupun qənaətinə görə, Moldova və Ukraynada hadisələr 2015-ci ilin yazında reallaşacaq.