Beynəlxalq "Formula-1" avtoçempionatının sahibi, britaniyalı multimilyarder Berni Ekklstounun qızı Tamara "intimate" stilli ailə fotoseriyası çəkdirib. Britaniyanın ən varlı adamlarından birinin qızı, 500 milyon dollarlıq sərvət sahibi, 30 yaşlı Tamara Ekklstoun fotolarda əri Cey Ratlend və 8 aylıq qızı Sofi ilə birlikdədir.
Müəllifi Tayler Şilds olan seriya Ekklstounun 100 milyon dollarlıq malikanəsində çəkilib.