Dağıstanda Unçukulsk rayonundakı 8 aylıq Antiterror Əməliyyatları Rejimi ləğv edilib.
bu açıqlamanı Rusiyanı Milli Antiterror Komitəsi yayıb.
Antiterror Əməliyyat Rejimi rayonda Rusiya vaxtı ilə 12:00-da ləğv edilib.
Qeyd edək ki, Unçukulsk rayonu “İmarət Qafqaz”ın əsas aktiv olduğu bölgələr sırasındadır. Burada Rusiya Daxili İşlər Nazirliyinin qüvvələrinə qarşı bir sıra hücumların edilməsi rayonda Antiterror Əməliyyat Rejiminin tətbiq edilməsiylə nəticələnmişdi.
Onu da xatırladaq ki, rayonun əhalisinin əksər hissəsini avarlar təşkil edir.