“Məsciddəki yanğına görə həbs olunan gəncəlidir”

26-11-2014, 18:00   
“Məsciddəki yanğına görə həbs olunan gəncəlidir”

“Bəziləri məscidin yandırılmasında səbəbkar kimi sünniləri, bəziləri isə şiələri təqsirləndirirlər. Biz isə burada üçüncü bir qüvvənin iştirak etdiyini düşünürük. Onlar ölkədə dini zəmində qarşıdurma yaratmaq istəyirlər”.


Bu sözləri açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib. O bildirib ki, Qaraxaçur məscidində şiələr də, sünnilər də həmişə rahat şəkildə ibadətlərini ediblər:” Hazırda da Məhərrəmlik ayıdır. Onlar hər gün orada ibadət edirlər.

Bu gecə ikinin yarısında 2 nəfər şəxs 5-6 ədəd yarımlitrlik şüşəyə yandırıcı maddə töküblər. Sonra isə məscidin qapısı sındırılıb. Onlar alovu içəri atıblar. Həmin şəxslər barəsində araşdırma aparılır. Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda dindirilir. O Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində yaşayır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.