Türkiyə hökuməti Roma papasına "YOX" dedi

26-11-2014, 19:14   
Türkiyə hökuməti Roma papasına "YOX" dedi
Roma papası Fransisin noyabrın 28-30 tarixlərində Türkiyəyə səfəri zamanı “Fiat Albea” markalı avtomobildən istifadə tələbi yerinə yetirilməyib. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, papa xalqı salamlamaq üçün üstü açıq “papamobil”i Türkiyəyə gətirməyəcək. Türkiyə hökuməti təhlükəsizlik məsələlərinə görə, buna razılıq verməyib.

Qeyd edək ki, papanın səfəri paytaxt Ankaradan başlayacaq. Vatikan rəhbəri Atatürkün məzarını ziyarət edəndən sonra prezident iqamətgahında qonaq olacaq. Səfərin ikinci günündə isə İstanbula gedəcək papanı 7 min polis qoruyacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.