“Asan Xidmət” Sumqayıt bölməsinin sələfi olduğu deyilən rəhbəri işdən çıxarılıb?

26-11-2014, 21:25   
“Asan Xidmət” Sumqayıt bölməsinin sələfi olduğu deyilən rəhbəri işdən çıxarılıb?
Sumqayıt “ASAN xidmət” mərkəzində rəhbər dəyişikliyi baş verib. Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat daxil olub. Məlumatı dəqiqləşdirmək üçün “Asan Xidmət”in mətbuat xidməti ilə əlaqə yaratmaq istəsək də baş ofisdən mətbuat xidməti rəhbərinin bölgələrdə olduğu, gün ərzində bizimlə əlaqə saxlanılacağı bildirilsə də, təəssüf ki, hələlik əlaqə yaratmaq mümkün olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt “ASAN xidmət” mərkəzinin rəhbəri Vüqar Cəfərovun sələfi olduğu və bu şəhərdəki həmfikirlərini açıq şəkildə dəstəklədiyi, onlara xüsusi diqqət ayırdığı barədə mediada xəbərlər yayılmışdı. Bu rəhbər dəyişikliyinin həmin məlumatlarla əlaqəli olduğu ehtimal edilir.

Qarşı tərəf mövqeyini bildirərsə dərc edərik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.