Türkiyə qadınları zorla fahişəliyə məcbur edən qruplaşma həbs edilib.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, Antaliyada həyata keçirilən əməliyyatdan sonra 14 qadın polis tərəfindən xilas edilib.
Polis aldığı məlumatdan sonra 3 ay boyunca cinayətkar dəstəni izləyib. Ötən gün keçirilən əməliyyatda 21 ev və 8 maşında axtarış aparılıb. Nəticədə 2 Gürcüstan, 6 Moldova, 4 Özbəkistan, 2 Qırğızıstan əsilli 14 qadın qruplaşmanın əlindən xilas edilib. Qadınları zorla fahişəliyə cəlb edən 12 şübhəli isə nəzarətə alınıb.
32 yaşlı moldovalı N.K-nın isə 6 aylıq hamilə olmasına baxmayaraq, fahişəliyə məcbur edildiyi öyrənilib.
Polis sorğusu davam edən 12 şübhəli haqqında araşdırmanı davam etdirir.