Rövşən Lənkəranskidən YENİ XƏBƏR

26-11-2014, 21:43   
Rövşən Lənkəranskidən YENİ XƏBƏR
Məşhur azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) Ukraynaya gedib.

Axar.az-a verilən xəbərə görə, Rövşən Lənkəranski Dubaydan Ukraynaya yola düşüb və işlərini yekunlaşdırıb yenidən geri qayıdacaq.
Onun əsas işləri Ukrayna və Dubayda olur. Bir müddət əvvəl R.Canıyevin Aşura günü Lənkərana getməsi xəbəri yayılsa da, deyilənlər təsdiqini tapmadı. Onun Dubayda olduğu söyləndi. Hazırda isə Ukraynada olan məşhur avtoritetin Dubaya nə zaman qayıdacağı dəqiq bəlli deyil.
Xatırladaq ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.