Hindistanda nadir görülən siam əkizi doğulub
Hindistanda siam əkizləri doğulub. Həkimlərin sözlərinə görə, bu olduqca nadir bir hadisədir. Belə ki, bir bədəndə iki baş var. Bu olduqca nadir haldır və siam əkizlərinin cəmi 5 faizində müşahidə edilə bilər.
Doğuşu qəbul edən həkim 40 il təcrübəsi zamanı siam əkizləri dünyaya gətirsə də belə halla rastlaşmadığını deyib. "Onların ayrılması üçün əməliyyat mümkün deyil".
Uşaqların valideynləri onların yaşaması üçün dualar etsələr də, həkimlərin ümidi yoxdur.
Uşaqların atasının sözlərinə görə, əvvəll o körpələr haqqında eşidəndə şoka düşüb. "Amma mən onları görəndə bütün problemləri unutdum. Körpə əlləri ilə üzümə toxundular".
Fermerliklə məşğul olan ailə olduqca yoxsuldur. 21 yaşlı ana xəstəxana xərclərini qarşılamaq üçün hər şeylərini satdıqlarını deyib.
Qeyd edək ki, bir necə gün öncə Hindistanda 4 əl-ayağı olan körpə doğulub. Hindlilər körpəyə sitayiş edirlər.