Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.