Hollandiyada daha çox xaricilərə qarşı fikirləri ilə tanınan sağçı “Girt Vailders”in liderliyini üzərinə götürən “Azadlıq” partiyası ölkədəki məscidlərin bağlanılması istəyib.
Axar.az Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, bu haqda açıqlamaları ilə millət vəkili Maykl de Qraf çıxış edib.
O, bildirib ki, Hollandiya islamdan təmizlənməlidir:
“Müsəlmanlar dəyişmir. Hollandiyada islam istəmirik. Müsəlmanların artmasından narahatıq. Bu, Hollandiyanı kimliyi və mədəniyyəti yox olma təhlükəsi ilə üz-üzə qoyur. Buna görə də ölkədəki bütün məscidlər bağlanmalıdır”.
Xatırladaq ki, Qaçqın və müsəlmanlara qarşı siyasəti ilə tanınan Qrafın bu açıqlamasına digər mənsub partiyaların millət vəkilləri sərt reaksiya verərək bunun çox təhlükəli olduğunu bildiriblər.