Gənclər və İdman naziri Azad Rəhimov Hafkadan danışıb. Nazir Fransa mətbuatına açıqlamasında “Bakı”nın prezidenti Hafiz Məmmədovun "Lans"a sponsorluq edə bilməyəcəyini açıqlayıb.
Azerisport.az xəbər verir ki, nazir Hafkanın ağır vəziyyətdə olduğunu söyləyib:
"Hafiz Məmmədov bundan sonra "Lans"a ən azı azarkeş kimi dəstək olacaq. Amma indi o, bu komandanı maliyyələşdirəcək durumda deyil. İflas? Bu barədə elə də məlumatlı deyiləm. Amma bilirəm ki, indi vəziyyəti ağırdır".
Nazir Hafkanın biznesinin çökdüyünü rəsmən təsdiqəyib. Bu, həm də H.Məmmədovun “Bakı” klubunun iflası deməkdir.