------>

Səfər Əbiyevin müavininin həbsiylə bağlı şok xəbər

28-11-2014, 02:14   
Səfər Əbiyevin müavininin həbsiylə bağlı şok xəbər
Mehman Səlimovun həbsinə hansı məmur mane olmaq istəyib? Səfər Əbiyevin adı adı Mehman Səlimovun işində keçir?
"Səfər Əbiyevin bir neçə gün əvvəl həbs edilən keçmiş müavini Mehman Səlimov Müdafiə Nazirliyinin tikintilərini həyata keçirib. Zabitlər üçün inşa olunan mənzillərin bir qismi onun rəhbərlik etdiyi şirkət tərəfindən tikilib. Sabiq nazir müavininin ittiham olunduğu Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri də onun fəaliyyəti ilə bağlıdır. O təxminən 1 milyon manat mənimsəməkdə təqsirli bilinir". Bu barədə informasiyalı mənbə bizimyol.info-ya bildirib. Mənbə qalmaqallı həbslə bağlı daha bir maraqlı məlumat verib: "Mehman Səlimov hüquq mühafizə orqanlarında çalışan yüksək rütbəli məmurla yaxın qohumluq əlaqələrinə malikdir. Onun həbsi məsələsi gündəmə gələndə həmin məmur cəhdlər etsə də, Mehman Səlimov barəsində məhkəmənin başqa qətimkan tədbiri seçməsinə təsir edə bilməyib".
Xatırladaq ki, bizimyol.ifno bu hadisə ilə bağlı keçmiş müdafiə naziri Səfər Əbiyev barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçildiyi barədə xəbər yayıb. Mənbə bildirib ki, keçmiş nazirin adı Mehman Səlimovun işində keçir. Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlu keçmiş nazir Səfər Əbiyev və onun həbs olunmuş müavini, polkovnik Mehman Səlimov barəsində yayılan xəbərlərə münasibət bildirib. E.Sabiroğlu azvision.az-a açıqlamasında bildirib ki, polkovnikin həbs xəbəri ilə bağlı artıq məlumatlıdır: "Onun həbs olunması barəsində mətbuatdan xəbər tutmuşam. Bu barədə heç nə deyə bilmərəm".
Daha sonra E.Sabiroğlu sabiq nazir Səfər Əbiyevlə əlaqəsindən söz açıb: "Hazırda rayondayam. Səfər Əbiyevlə bir ilə yaxındır ki, əlaqə saxlamıram. Əvvəllər bir dəfə danışmışdıq. O zaman hal-əhvalını soruşmuşdum. İndi onun barəsində heç nə bilmirəm. O da əlaqə saxlamır".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı Bizimyol.info-nun sorğusunu cavablandırıb. E.Sultanov deyib ki, Səfər Əbiyev barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilməsi barədə Baş Prokurorluğun Mətbuat Xidmətində heç bir məlumat yoxdur.
M.Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar