Vidadi İsayev Bərdə şəhər bələdiyyəsinin sədrliyini kimə söz verib?

28-11-2014, 03:15   
Vidadi İsayev Bərdə şəhər bələdiyyəsinin sədrliyini kimə söz verib?


Vidadi İsayev Bərdə şəhər bələdiyyəsinin sədrliyini kimə söz verib?
Gələn ayın 23-də keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı şikayətlərin ardı arası kəsilmir. Narazılıqların daha çox olduğu rayonlardan biri isə Bərdədir.
Bərdə rayonundan anaxeber.info-a daxil olan məlumatda bildirilir ki, rayonda bələdiyyə seçkilərinə maraq elə də yüksək deyil. Buna səbəb isə seçki başlamamış bələdiyyəyə düşəcək şəxslərin kimliyinin bəlli olmasıdır: “Artıq bir sıra şəxslər indidən bələdiyyəyə seçildiklərini açıq şəkildə bəyan edirlər. Onlar Bərdə RİH başçısı Vidadi İsayevlə məsələni yoluna qoyduqlarını və bələdiyyəyə düşmək üçün heç bir maneələrinin qalmadıqlarını bəyan edirlər”.
anaxeber.info-a daxil olan məlumatda həmçinin bildirilir ki, bəzi namizədlərə qarşı icra başçısı səviyyəsində təzyiqlər olunub və onlara məsləhət görülüb ki, seçkilərə qatılmaqdan imtina etsinlər: “Vidadi İsayev “arzuolunmaz” belə namizədlərdən birinə şəxsən deyib ki, onsuz da heç nə dəyişməyəcək. Ona 2yuxarı”dan kimi deyiblərsə onlar da seçiləcək. O, açıq şəkildə həmin şəxsdən tələb edib ki, seçkilərə qatılmasın”.
Vidadi İsayevin “bələdiyyə əməliyyatı” ilə bağlı səsləndirilən ittihamlıardan biri isə hələ formalaşmamış bələdiyyənin sədri olmaq üçün kimlərdənsə rüşvət istəməsidir. Məlumata görə, icra başçısı hələlik adını açıqlamaq istəmədiyimiz bir şəxslə şəhər bələdiyyəsinin sədri olması üçün anlaşıb. Həmin məxfi anlaşmanın şok təfərrüatları və digər daha ilginc məqamlarla bağlı isə yaxın günlərdə ətraflı məlumat verəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar