Kişilər qadınlardan daha çox yalan danışmağa meyllidirlər. Bu, gözlənilməz fakt Böyük Britaniyada aparılmış rəy sorğusu gedişində məlum olub. 3 min respondent arasında aparılmış sorğunun nəticələrinə əsasən ingilis tədqiqatçılar müəyyən ediblər ki, kişilər gündə 3 dəfə, ildə 1092 dəfə yalan danışır. Qadınlar isə gündə 2 dəfə, ildə 728 dəfə yalan danışır. Həm qadınlar, həm kişilər daha çox öz analarını aldadırlar. Rəyi soruşulan kişilərin 41-i qeyd edir ki, ən çox analarını aldadıblar. Qadınlar arasında isə bu rəqəm 20 faiz təşkil edir. Rəyi soruşulanların cəmi 10 faizi öz ər və ya arvadlarına yalan danışdıqlarını deyiblər.