Bəylər Əyyubova yaxın icra başçısları niyə düşmənə çevrilib?

28-11-2014, 23:20   
Bəylər Əyyubova yaxın icra başçısları niyə düşmənə çevrilib?


Bəylər Əyyubova yaxın icra başçısları niyə düşmənə çevrilib?Gəncə və Göygöl rəhbərləri arasında ciddi ixtilaf var

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə Göygöl rayon icra başçısı Arif Seyidov arasında ciddi ixtilaf yaranıb.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, tərəflərin münasibətləri əvvəldən rəvan olmayıb. Amma Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı Məharət Mustafa oğlu Mustafayevin vəzifəsindən uzaqlaşdırılması faktı Elmar Vəliyevlə Arif Seyidovu əsl düşmənə çevirib.
Belə ki, Gəncə RİH başçısının ən yaxın adamlarınmdan olan Məharət Mustafayevin “vurulmasında” Göygöl rayon icra başçısı Arif Seyidovun böyük rolu olub. Arif Seyidovun Məharət Mustafayevə qəzəbinin kökündə isə bir insident dayanıb.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev Göygöl rayonunda bələdiyyə sədri vəzifəsində çalışan şəxsi (adını və soyadını dəqiqləşdirə bilmədik-red)döyüb. Həmin bələdiyyə sdəri isə Göygölün icra başçısı Arif Seyidova yaxın şəxslərdən olub. Bundan sonra isə arif Seyidov bütün imkanlarını səfərbər edərək Məharət Mustafayevin vəzifədən çıxarılmasına nail olub.

Həmin ərəfədə Elmar Vəliyev proseslərə müdaxilə edərək adamını qorumağa cəhdlər göstərsə də buna nail olmayıb. Bundan sonra isə tərəflər arasındakı ziddiyyətlər daha da dərinləşib.

Məlumat üçün bildirək ki, həm Gəncənin icra başçısı Elmar Vəliyev, həm də Göygöl rayonunun rəhbəri Arif Seyidov hakimiyyət daxilindəki eyni qrupun təmsilçiləridir. Belə ki, onlar Prezidentin Mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun kadrları kimi tanınır.
Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar