İntihar edən 3 uşaq anasının ölüm səbəbləri... – ŞOK TƏFƏRRÜATLAR, FOTOLAR, VİDEO

29-11-2014, 11:51   
İntihar edən 3 uşaq anasının ölüm səbəbləri... – ŞOK TƏFƏRRÜATLAR, FOTOLAR, VİDEOSələmçi Arzu Cabbarova Zeynəb Muradovanı intihar həddinə gətirdi və sonuncu özünü öldürdü

Lökbatan qəsəbəsində intihar edən Zeynəb Muradova özünə qəsd edəcəyi barədə daha əvvəl musavat.com-a danışmışdı.

Dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 30 yaşlı qadının intihar etməsi hazırda ölkə mətbuatının ən çox müzakirə edilən mövzularından birinə çevrilib.

Belə ki, oktyabrın 16-da musavat.com-un redaksiyasına zəng vuraraq, özünə qəsd edəcəyini deyən Zeynəb Muradova dünən bu xəbərdarlığına təəssüf ki, əməl edib.

Həmin günlərdə Z.Muradovanın yaşadığı Lökbatan qəsəbəsinə yollanaraq, xanımın özü ilə danışmış və geniş reportaj hazırlamışdıq.

Görüşdüyümüz yer onun həm iş yeri idi, həm də evi... Zeynəb Muradova gözəllik salonu işlədirdi və evi olmadığı üçün 3 övladı ilə həmin salonda da yaşayırdı.



Müsahibə zamanı o, dəfələrlə intihar edəcəyini deyirdi: «Bezmişəm, yorulmuşam, 3 uşağım durur, gözümün qabağında, olmasa intihar edəcəm».

Bütün bunların səbəbi isə sələmə götürdüyü pullar idi. Z. Muradova deyirdi ki, bir neçə ay bundan öncə sələmə 24 min manat pul götürüb. 2 ay sonra pul aldığı Arzu Cabbarova adlı qadın ona borcunun 51000 manat olduğunu deyib. Bundan sonra aralarında razılığa gələrək notariusun təsdiqi ilə sənəd hazırlanıb.



Həmin sənədə görə, Z.Muradova 51 min manat borcu noyabr ayına qədər geri verməli idi. Amma həmin vaxtın tamam olmamasına baxmayaraq, Arzu Cabbarova tez-tez onun iş yerinə gələrək ondan pul tələb edib və hətta hədələyib: «Mən üç uşaq anasıyam. Ən balacası 3 aylıqdır. Evim yoxdur deyə burada balaca bir otaq düzəltmişəm. İş yerimdə yaşayıram. O pulu ondan götürüb, buranı açmışam. Hər gün gəlir, nə qazancım olursa, aparır. Amma onun buna ixtiyarı yoxdur».



O, tez-tez Arzu Cabbarova adlı sələmçi qadının onu ölümlə hədələdiyini, təhqir etdiyini və ona hücum çəkdiyini deyirdi: «Məni tez-tez hədələyir. Təhqiramiz mesajlar yazır. Gəlir, dükandakı gəlinlikləri dağıdır. Bir Təranə adlı “avtoritet” qadına mənim nömrəmi verib. O da mənə yazır ki, “Sənin başına oyun açaram. Doğrayıb ataram, Bakının ucqar nöqtələrinə... Heç kim izini də tapa bilməz. Uşaqların məktəbə gedir. Onları fikirləş. Onları oğurlayarıq.



Artıq çox qorxuram. Keçən gün bir neçə nəfərlə gəlmişdilər. Qapını sındırmaq istəyirdilər. Polis çağırmışam. Polislər də biganə yanaşırlar. Mənim həyati təhlükəm var. Məni mühafizə edəcək polis lazımdır».

Amma onu mühafizə edən tapılmadı və Z. Muradova intihar etdi.

Z.Muradova deyirdi ki, 24 min manat borcludur. Amma ondan 160 min manat istəyirlər: «24 min manat pulu 160 min manata qaldırıblar. Mənim o pulları verməyə gücüm yoxdur. Bu, mümkün deyil. Mənim üstümə bıçaq çıxardıb. Artıq məni intihar həddinə çatdırıblar. Özümü öldürəcəkdim. Gözümün qabağına 3 aylıq körpəm gəlir. Ona görə də, dözürəm. Hətta o yerə çatıb ki, uşaqlar Arzu adını eşidəndə qorxurlar. Mənə köməklik etsinlər. Axı bu ölkədə qanun var».

Özünün də dediyi kimi, «Axı bu ölkədə qanun var». Əgər hər şey Z.Muradovanın dediyi kimidirsə, bu ölkədə qanun varsa, o zaman 3 uşaq anasının özünə qəsd etməyə vadar edənlər, cəzalarını çəkməlidirlər.

Ölümündən öncə və sonra qələmə aldı:


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.
  • {sape_links}{sape_article}