Rəşad Abdullayev SOCAR və onun törəmə şirkətlərində işlədiyini desə də, Nizaməddin Quliyev bunu təkzib edir
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) qurumun prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevlə bağlı araşdırmaya reaksiya gəlib. Qeyd edək ki, araşdırma Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsində hazırlanıb, müəllif jurnalist Xalid Kazımovdur.
Materialda Rövnəq Abdullayevin 21 yaşlı oğlu Rəşad Abdullayevin dövlətin vəsaitindən öz şəxsi pulu kimi istifadə edərək Türkiyədə özünə biznes imperiyası qurmasından bəhs edilir.
Həmçinin bəlli olur ki, o atasının rəhbərlik etdiyi ARDNŞ-in pullarından şəxsi vəsaitləri kimi istifadə edərək, özünü Türkiyədəki azərbaycanlı tələbələrə xeyriyyəçi kimi tanıtdırıb. Rəşad Abdullayevin SOCAR-la əlaqəli olduğu materialda xüsusi vurğulanır.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə bu faktları, xüsusilə Rəşad Abdullayevin SOCAR-da işləməsi, onun rəhbərlik etdiyi Azərbaycan Insan Kapitalının Inkişaf Mərkəzini (AZEDER) təşkilatına və həyata keçirdiyi sosial layihələrə ARDNŞ-in sponsorluq etməsi barədə faktları təkzib etməyə cəhd göstərib.
Nizaməddin Quliyev iddia edib ki, Rəşad Abdullayev heç vaxt SOCAR və onun törəmə şirkətlərində işləməyib, Petkimdə ödənişsiz təcrübə keçib. ARDNŞ sözçüsünün bu iddiasına rəğmən Rəşad Abdullayev müsahibələrində və “Linked in” profilində SOCAR Trading-də və “Petkim Petrokimya”da (bu şirkətin səhmlərinin 51 faizi “SOCAR Petkim Petrokimya”ya məxsusdur) işlədiyini bildirib.
Nizaməddin Quliyev isə iddia edib ki, ola bilsin Rəşad Abdullayevin müsahibədə dedikləri səhv anlaşılıb.
Nizaməddin Quliyev SOCAR-ın AZEDER təşkilatına maliyyə yardımları etməsini də danıb. Amma SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov və şirkətin Türkiyədəki nümayəndəsi Kənan Məmmədov öz müsahibələrində SOCAR-ın AZEDER-ə səxavətli dəstəyindən danışıb. Bundan başqa AZEDER-in Türkiyədə keçirdiyi çoxsaylı tədbirlər zamanı otaqlarda SOCAR-ın bannerləri olur