Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub.
nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.
Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.