İŞİD artıq öz üzvlərini də kütləvi şəkildə öldürür.
İŞİD terror qruplaşmasının Mosulda baş verən son qarşıdurmalarda yaralanan 25 üzvünü güllələyərək öldürdüyü bildirilir. Bu baqda xəbəri Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan Səid Məmuzini verib.
O, həmin İŞİD silahlılarının qarşıdurmalarda qolunu və ya ayağını itirdiyini, buna görə də döyüşlərdə yararsız hesab edilərək öldürüldüyünü sözlərinə əlavə edib.
Öldürülən İŞİD-çilə xəstəxanadan çıxarılaraq şəhərdən uzaq bir yerdə öldürülüb.
Qeyd edək ki, Mosul xəstəxanası həkimlərindən bəziləri yaralı İŞİD-çiləri müalicə etməkdən imtina edirlər. Onlardan 10-u hətta bu hərəkətinə görə terrorçuların qəzəbinə uğrayıb.