Obamanın qızlarının qısa ətəkləri tənqid edildi (FOTO)

30-11-2014, 18:39   
Obamanın qızlarının qısa ətəkləri tənqid edildi (FOTO)
Respublikaçı Elizabet Loten prezident qızlarının geyiminin bar üçün olduğunu deyib
ABŞ prezidenti Barak Obamanın qızlarının xarici görünüşü tənqid olunub.

, ABŞ-ın Respublikaçılar partiyasının Milli komitəsinin nümayəndəsi Elizabet Loten təşəkkür günündə hind quşlarının “əfv” mərasimində prezident Barak Obamanın qızları Saşa və Maliyanın qısa ətək geyinmələrini və davranışlarını tənqid edib.

Loten öz “Fecebook” səhifəsində prezident qızlarının bar üçün deyil, hörmətə layiq olacaq şəkildə geyinməli olduqlarını qeyd edib.

Bundan başqa, Loten Saşa və Maliyanın çətin ki, “təqlid üçün yaxşı örnək” olacaqlarını əlavə edib. Həmçinin respublikaçı xanım onları narazılıq yaratmağın əksinə, ənənələrə hörmət etməyə çağırıb.

Sonradan Loten sosial şəbəkədəki səhifəsində üzr istəyib və “Subyektiv hisslər ürəkdən deyil, yazdığım sözlər özüm üçün zərərlidir” sözlərini qeyd edib.

Hal-hazırda həmin yazı silinib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.