Hərbi ekspert Yaşar Cəfərli sabiq müdafiə naziri Səfər Əbiyevin işdən çıxarılmasının Milli Şura ilə əlaqələndirilməsi barədə xəbərlərə sərt reaksiya verib. Cumhuriyyet.az bildirir ki, ekspert bu barədə Feysbukda yazdığı statusunda Səfər Əbiyev barədə sərt ifadələr işlədib.
Sitat: "O …… Səfər Əbiyev kimdir ki, Milli Şura kimi hörmətli bir təşkilatla əlaqə qursun və ya MŞ-nın güdazına getməsi bahanə edilsin? Səfər Əbiyev küçə adamı idi. Hələ Sovet dönəmində …… etdiyi üçün yüksək vəzifədən çıxarılıb, hərbi kafedraya göndərilmişdi. Bir rus zabitinin arvadına sataşdığına görə həmin zabit onu ağıla batmayan səviyyəyədək alçaltmışdı. Frunze adına hərbi akademiyaya da fırıldaqçılıq və proteje yolu ilə daxil olmuşdu...
...Vaxtilə polkovnik mundirində əlində cırıq setka küçələrdə veyillənirdi. Onun Baş Qərargaha gətirilməsi barədə ilk dəfə Nəcməddin Sadıkov təklif vermişdi. Daha sonra isə Rövşən Əkbərov onun haqqında Heydər Əliyevə müsbət fikirlər söyləmiş və yüksək vəzifəyə gətirilməsinə layiq olduğunu bildirmişdi. O iblis isə sonralar həm N.Sadıkova, həm də R.Əkbərova xəyanət etdi, onlara əlindən gələn pislikləri yapdı. Yazmayın ki, Səfər Əbiyev kiminsə güdazına getdi. Əksinə, o yaramazın güdazına xeyli adamlar gedib, gedir və bu proses xeyli uzanacaq. Xatırlayan varsa, mən bir dəfə yazmışdım ki, bu xəmir hələ çox su aparacaq. Əminəm ki, Mehman Səlimov da Səfərin güdazına gedənlərdən biridir. Amma bu da hələ son deyil.”