İnsan yaşlaşdıqca beyni mükəmməlləşir

1-12-2014, 08:49   

İnsan yaşlaşdıqca beyni mükəmməlləşir

ABŞ-ın Maunt Sinay Tibb Məktəbinin əməkdaşları müəyyən ediblər ki, insan beyninin bəzi xüsusiyyətləri yaş ötdükcə daha da təkmilləşir. İndiyə qədər belə hesab olunurdu ki, əqli qabiliyyətlər insan 20 yaşında olarkən öz zirvə nöqtəsinə çatır. Tədqiqatın nəticələri isə göstərdi ki, yaşlı insanlarda belə uzunmüddətli yaddaş nəinki zəifləmir, hətta danışıq qabiliyyəti, emosional intellekt və sosial vərdişlər daha üstün səviyyədə olur. Bu haqda “Daily Telegraph”a istinadən “İzvestiya Nauki” xəbər verir.

Qısamüddətli yaddaş, qazanılmış bacarıqlar və düşünmə qabiliyyətinə gəlincə isə, onlar zaman ötdükcə həqiqətən də zəifləyir. Mütəxəssislərin kəşfi qocalma effektinin rezus-makaka meymunları üzərində öyrənilməsi nəticəsində edilib. Müəyyən olunub ki, yaşlı meymunlarda beyin yeni biliklərin mənimsənilməsinə görə cavabdeh olan qəbuledici neyronların (sinir hüceyrələri) təqribən yarısını itirir. Bununla belə uzunmüddətli yaddaşa cavabdeh neyronlar toxunulmaz qalır.

Xatırladaq ki, yaxın zamanlarda Kaliforniyanın San-Diyeqo Universitetinin mütəxəssisləri yaşla qazanılan müdrikliyin olması faktına sübutlar tapıblar. Belə ki, alimlər yaşı 60-100 arasında olan 3000 kaliforniyalının beynini skanlaşdırdıqdan sonra müəyyən ediblər ki, yaş ötdükcə insanlar həqiqətən də daha da müdrikləşir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.