"Azərbaycanda İİV virusuna yoluxan uşaqların sayı 82 nəfərdir". Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hamilə qadınların İİV müayinəsi hamiləlik zamanı vaxtında aparılmaldır: “Qadınların əksəriyyəti İİV-ə müayinədən keçirlər. Amma hamiləlik dövründə doğuşa yardım xidmətindən keçməyən hamilə qadınlardan sonradan uşaqlara keçmə halları qeydə alınır. İİV virusunun anadan uşağa ötürülmə ehtimalı 25-40 faiz arasındadır. Hamiləlik dövründə İİV virusu aşkar olunan qadına antiretrovirus-terapiya tətbiq olunarsa bu virusun uşağa keçmə ehtimalı 1%-ə enər”.