Bakının uşaq bağçalarından birində xoşagəlməz olay yaşanıb. ANAXEBER.TVmilli.az-a istinadən verdiyi məlumata görə, internetdə yayılan videoda görünür kiŞ tərbiyəçilərin və sanitarların əhatəsində olan körpə qız ağlayır və “nənəmi istəyirəm” deyir. Bu məqamda bağçanın qadın əməkdaşlarından biri gülərək digərlərinə: “Ona dedim ki, nənən ölüb, darvazanın ağzındadır” deyir.
Digər diqqət çəkən məqam isə tərbiyəçilərdən birinin uşağı üzr istəməyə vadar etməsidir.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov deyib ki, həmin hadisə araşdırılacaq, hadisənin baş verdiyi bağçanın müdiri də, həmin qrupdakı tərbiyəçi və sanitarlar da ən sərt şəkildə cəzalanacaqlar.