“Aldığım ən bahalı geyimdir” – Azərbaycanlı nazirin qızı

1-12-2014, 15:43   
“Aldığım ən bahalı geyimdir” – Azərbaycanlı nazirin qızı


Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas qızı Suad Qarayevanın maraqlı videosu yayılıb.

Dolce&Gabbana brendindən aldığı bahalı libasından danışan Suad Qarayevanın videosunun müəllifi tanınmış ingilis rejissor Samuel Fouracredir. Libasını kamera önündə geyinməyə üstünlük verən Suad filmdə özü haqda bunları deyir: “Bu gördüyünüz libas mənim favorimdir. Xüsusi markanın xüsusi kolleksiyasından olan bu libas qadın, onun şəxsiyyəti barədə çox şey deyir. Bilirsiniz, kişilər belə geyimləri, seksual görünən qadınları sevirlər. Etiraf edim ki, bu, indiyədək aldığım ən bahalı geyimdir və onu hər dəfə geyinəndə özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, eyni libasda bu yaxınlarda Arzu Əliyeva da görünmüşdü.

***

Onu da əlavə edək ki, video saytımızda yayımlandıqdan sonra bazadan silinib və hazırda mövcud deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.