I Avropa Oyunları ilə bağlı WiFi zonalarının yaradılması məsələsinə baxılır
Azərbaycan Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı WiFi zonalarının yaradılması məsələsinə baxılır. ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, oyunlar ərəfəsində rabitə xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb.
“Hazırda I Avropa Oyunları ilə əlaqədar inşa olunan idman obyektlərinin kommunikasiya vasitələrilə təmin edilməsi üçün müəyyən işlər görülür. Bundan əlavə bir çox məslələrə var. Məsələn, sərfəli qiymətə, keyfiyyətli internet və mobil xidmətlərin təmin olunması istiqamətində də işlər davam etdirilir”- deyə nazir müavini Elmir Vəlizadə qeyd etdi.
Xatırladaq ki, Avropa Oyunları iyun ayında baş tutacaq.