Girovlarımızın azad edilməsinin iki yolu var (VİDEO)
1-12-2014, 23:32
“Girovlarımızı azad et” şuarı altında aksiya keçirilirdi
Region Rəsmi İrəvan girov götürdüyü azərbaycanlıların taleyi barədə də məlumat azlığı yaşadır. Öz ata-baba torpaqlarını ziyarət etmək üçün getdikləri Kəlbəcərdə girov götürülən vətəndaşlarımız hələ də ermənilərin əsarəti altındadırlar.
beş aydır erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması üçün Almaniyada aksiya keçirilib. Kəlbəcərli girovlara dəstək aksiyası Almaniyada təhsil alan azərbaycanlı tələbələrin səyi nəticəsində baş tutub. Paytaxt Berlində Brandemburq Qapılarının önündə “Girovlarımızı azad et” şuarı altında keçirilən aksiyanın iştirakçıları Şahbaz və Dilqəmin şəkillərini tutaraq çağırışlar ediblər. Tədbiri izləməyə gələnlərə isə Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və bu vaxta qədər girov götürülən vətəndaşlarımız haqqında məlumatların əks olunduğu kitabçalar paylanılıb. Amma, hələki nə belə aksiyalar, nə də ki Azərbaycan hökumətinin beynəlxalq təşkilatlarla davam etdirdiyi danışıqlar əsirlik həyatını yaşamağa məhkum olan Şahbaz və Dilqəmin geri qaytarılmasına vəsilə ola bilmir.
“Girovların geri qaytarılması ya sülh yolu ilə həyata keçirilməli, ya da ki, onlardan da kimsə bizimkilərin əlinə keçəcək və bu mübadilə baş tutacaq. Bu çox uzun çəkməyəcək” – deyə politoloq Rasim Musabəyov bildirib.
Azərbaycan tamaşaçısı isə girovlarımızı sonuncu dəfə qondarma məhkəmədə görümüşdülər. Məhkəmə prossesinin sonradan keçirilməməsi isə onu göstərdi ki, rəsmi İrəvan bu məhkəməni də məhz prezidentilərin Paris görüşü üçün təxribat olaraq edirdilər.
Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları isə Dilqəm və Şahbazla sonuncu dəfə noyabrın axırında görüşüb. Hər iki girovun yaxınlarına yazdığı məktubu onların ailələrinə çatdırıblar.
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov iyul ayının əvvəllərində yaxınlarının məzarını ziyarət etmək üçün öz doğma torpaqlarına gediblər. Girovlardan biri Həsən Həsənovu ermənilər öldürüb, digər iki girov isə ata-baba torpaqlarına getdiyi üçün mühakimə edilirlər.