Britaniyada yeni doğulan oğlan uşaqlarına verilən adlar arasında ən populyar olanı Məhəmməd adıdır. Bu barədə Britaniyanın BabyCentre İnternet portalında dərc edilmiş sorğunun nəticələrində qeyd edilib. Sorğunun nəticələrinə görə, Oliver adı 2-ci yerdə, Jack adı isə Britaniyada 3-cü yerdədir.
Britaniyanın ən populyar 100 ad siyahısını Ömər, Əli, İbrahim kimi adlar zəbt edib. Qızlara verilən adlar arasında isə ən populyarı Sofiya adı olub. Sorğu müəllifləri qızlara verilən adlar arasında Məryəm və Nur ərəb qadın adlarının sürətlə populyarlaşdığını bildiriblər.
Eyni sorğunun nəticələrinə əsasən, Britaniya kral ailəsilə əlaqəli Corc, Viliyam və Harri kimi adlar isə son il ərzində populyarlıqdan düşüb.(publika.az)