Heç vaxt işləməyib pensiya almaq olarmı?

2-12-2014, 09:18   
Heç vaxt işləməyib pensiya almaq olarmı?

Azərbaycanda elə ailələr var ümidini təqaüdə bağlayırlar. Onlar bütün ömrü boyu işləyir, müəyyən yaşa çatanda isə təqaüd almaq ümidi ilə yaşayırlar. Amma heç vaxt işləməyib təqaüd almaq isəyən insanlar da var.
Milli.Az-a müraciət edən oxucu yazır ki, 56 yaşlı anasının 7 uşağı var. Ona hansı yaşda təqaüd düşür?

Dövlət Sosial Müdafiə Fondundan Milli.Az-a verilən məlumata görə, əmək pensiyası almaq üçün 12 illik iş stajı olmalıdır. Əgər Mili.Az-a müraciət edən qadın, ümumiyyətlə, işləməyibsə, 57 yaşı tamam olanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir, yaşa görə müavinətlə təmin olunacaq. Fondan deyildi ki, qadınlarda indi pensiyaya çıxmaq yaşı 59 yarımdı, 2015-ci ilin 1 yanvarından 60 olacaq. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır.

Qanunvericiliyə görə, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.