Deputat PKK-dan danışdı

2-12-2014, 09:56   
Deputat PKK-dan danışdı
Millət vəkili Fazil Mustafa Qaraçuxur məscidini yandıran şəxs barəsində danışıb.

, deputat qeyd edib ki, məscidi yandıran şəxsin PKK-lı olması təəccüblü deyil. Çünki bu terror təşkilatı üçün müqəddəs sayılan bir şey yoxdur:

"Guya kürd xalqının maraqlarını təmsil etdiyini iddia edən bu qurumun militanları Türkiyədə kürd uşaqlarının oxuduqları məktəbi yandırırlar ki, bu uşaqlar savadsız böyüsünlər və PKK üçün əsgər arsenalına çevrilsinlər. Yəni öz xalqının gələcəyinə də yanaşma tərzləri budur. Təəccüblüsü odur ki, bir neçə dəfə həmin şəxsin PKK simvollarını sosial şəbəkədə təbliğ etməsi, müxtəlif çağırışlar səsləndirməsi bu günədək müvafiq qurumların diqqətindən yayına bilib".

Millət vəkilinin fikrincə, bu fakt əsassında Azərbaycanda PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımaq və onun mümkün strukturlarına qarşı mübarizə aparmaq fürsəti yaranıb:

"Bu addımı biz Türkiyənin xətrinə etdiyimizi düşünməməliyik, çünki Türkiyə hökuməti ilə PKK lideri Öcalan arasında əvvəlki vaxtlardan fərqli xeyli mehriban münasibətlər mövcuddur. Biz bunu öz təhlükəsizliyimizin təminatı üçün etməliyik. Bu gün məscidi yandıranların, sabah hansı addımlar atacaqlarını proqnozlaşdırmaq çətin deyil", - deyə deputat qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.