Bakı Şəhər Qaradağ rayonu ərazisində sahibkarlıqla
meşğul olan bir qrup vətəndaşlar o cumlədən:
Əliyev Fərhad, Həsənov Mail, Mehdiyev Fətulla,
Həmidov Həmzə, Eyniyev Natiq, Qazaxov Şirvan,
Nuriyev Nəsir tərəfindən
(unvan: bakı şəh. Fuad İbrahimbəyov kuç. 14 , tel-050-340-96-66)
ŞİKAYƏT ƏRİZƏSİ Hörmətli redaksiya! Yazib size bildiririk ki, yerlərdə məmur özbaşınalığı nəticəsində biz sahibkarların huquqları pozularaq bizi dövlətdən və hormətli Prezidentimizden narazi salan “Bakıelektrikşəbəkə”ASC-nin rəhbərliyi və bir qrup əməkdaşlari nə gostərişə, nə tapşırıqlara, nə də ki, Hörmətli cənab Prezidentimizin sərəncamlarina əməl etmirlər. Bele ki, Hormetli cənab prezidentimiz dəfələrlə tapşiriqlar,gosterişlər verərək bildirmisdir ki, sahibkarlarin fealiyyetinə maneəçilik törətməsinlər. Lakin “Bakıeletrikşəbəkə” ASC-nin rəbərliyi Hormətli cənab Prezidentimizin göstəriş və tapşiriqlarina əməl etmek əvəzinə Dövletimizin daxilində Dovlət yaradaraq, daha da aqressivlik göstərərək əlavə serfiyyat adı altında kulli miqdarda pullarımızın şantaj yolu ilə ödənilməsini təşkil edərək bizim fəaliyyətimizə maddi ziyan vurmaqla ciddi problemlər yaratmişdır. (maddi-mənəvi ziyan vurmuşdur). Konkret olaraq əlavə sərfiyyat adi altında pullarımızın mənimsənilməsinə baxmayaraq əlavə her ay olmaq şərtilə qanunsuz olaraq nəğd pul tələbi qoyaraq, pul məbləğinin azlığını bəhanə gətirərək işiqlarımızı kəsib bizim sahibkarlıq fəaliyyətimizi qanunsuz olaraq dayandırmışlar və nəticədə yuzdən cox fəhlələr işsiz qalmışdır. Bununla da biz sahibkarlara və fəhlələrə kulli miqdarda maddi ziyan vurmuslar.
Həmçinin sizin nəzərinizə çatdiraq ki, Azerbaycan Respublikasi Taarif Şurasının təyin etdiyi 1 kvt elektrik enerjisinin qiymeti 6 qəpiyə olduğu halda “Bakielektrikşəbəkə”ASC-nin Enerji Satışının Departamenti və Maliyyə İdarəsi enerji qiymətini ozbaşina şişirdərək əlavə sərfiyyat adı altında 10-12 qəpiyə sahibkarlığa zor tətbiq etmeklə satırlar. Biz sahibkarlara zor ve şantaj tətbiq etmeklə kulli miqdarda pullarimizi dövlətimizin hesabina yox “Bakıelektrikşəbəkə”ASC-nin hesabina ödətdirərək korrupsiya hallarını yaradırlar.
Bir məqamı da sizə bildirmək istəyirik ki, ekspertlərin mutəxəsislərin və alimlərin açıqlamalarına görə butun dunyada eyni zamanda Avropa ölkələrində enerji itkiləri 1%, Rusiya Respublikasında 2%, Azərbaycanda isə enerji itkiləri 10-12% olduğu halda “Bakielektrikşəbəkə” ASC-nin çox “bilənləri” mutəxəsislərin və alimlərin fikirlərinə məhəl qoymadan öz qanunlarını həyata kecirirlər. Hetta Canəhməd Əhmədovla Mehman adlı “bakıelektrikşəbəkə” ASC-nin işçiləri bildirirlər ki, bura Azərbaycandır. Azərbaycanda əlavə sərfiyyat 100% de ola bilər. Biz “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinin və onların tabeliyində olan bir qrup əməkdaşların, o cumlədən Enerji satışı Departamentinin Rəhbəri başda olmaqla Qaradağ rayon Enerji Təchizati ve Satışı İdarəsinin rəisi, Muavini, nəzarətçisi, və Proqress firmasının rəhbəri əlbir olaraq bizə qarşı cinayət törətmələri faktı ilə əlaqədar olaraq biz Nazirlər Kabineti və digər qurumlara dəfələrlə muraciət etmişik, muraciətlərimizə Dövlət rəhbərliyi tərəfindən əhəmiyyət verilmədiyi və həmin şəxslərin cinayət əməllərinə huquqi qiymət verilmədiyi uçun onlar bizim işıqlarımızı kəsərək hüquqlarımızı pozmaqda davam edirlər.
Biz abunəçi olaraq “Bakıelektrikşəbəkı” ASC ilə müqavilə əsasında fəaliyyət göstərməklə heç bir borcumuz olmadığı halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Baş Nazirinin 02.02.2005-ci il tarixli 18 saylı qərarına zidd olaraq işıqlarımızı kəsmişlər. (Enerji təchizatın dayandırmışlar). Qanunsuz yolla rəsmi və qeyri-rəsmi “Bakıelektrikşəbəkə” ASC-nin bir qrup əməkdaşlarının cinayət əməllərinə kim hüquqi qiymət verməlidir? Biz sahibkarların heç bir “Bakıelektrikşəbəkə” ASC-ə qarşı borcumuz olmadığı halda bizim fəaliyyətimizin qanunsuz yolla dayandırılmasına kim cavabdehlik daşımalıdır?!
Biz bir neçə dəfə daxili və xarici siyasətini dəstəklədiyimiz hörmətli Prezidentimizin qəbuluna getmişik. Lakin bizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qanunvericilik və Hüquq ekspertiziyası məsələləri şöbəsinin, eyni zamanda Dövlət Nəzarəti şöbəsinin müdirləri qəbul ediblər. Hər iki şöbə müdirləri toplanmış sənədlərdə (materiallarda) korrupsiya hallarının müəyyən olunmasını nəzərə alıb materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişlər. Lakin Baş Prokurorluqda “Bakıelektrikşəbəkə” ASC-nin bir qrup əməkdaşının bizə qarşı törətdikləri cinayət əməlləri araşdırılmamış və onların cinayət əməllərinə hüquqi qiymət verilməmişdir. Ancaq Azərbaycan Respublikasının Baş Prokurorunun Xüsusi Tapşırıqlar üzrə köməkçi Orxan İsayev heç bir araşdırma aparmadan toplanmış sənədlərdə korrupsiya hallarını müəyyən etmədən və Azərbaycan Respublikası Energetika NazirliyiDövlət Enerji Nəzarət İdarəsinin mütəxəssislərinin verdikləri ekspert rəyinə əhəmiyyət verməyərək “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinin tapşırığına uyğun olaraq aldadıcı cavab gödərərək bildirmişdir ki, guya bizim istifadə etdiyimiz elektrik verilişixətləri normativə uyğun deyil. Halbuki bu məsələni ancaq və ancaq ekspert (mütəxəssislər) müəyyən edə bilər.
“Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinin qanunsuz və şantaj yolu ilə külli miqdarda pullarımızın mənimsəmələrinin qarşısının alınmasına və hüquqlarımızın bərpa olunmasına bizə köməklik göstərəsiniz. Eyni zamanda biz sahibkarlar müəyyən qurumlara müraciət etdikdən sonra Azərbaycan Respublikası Energetika Nazirliyi “Bakıelektrikşəbəkə” ASC-nin bir qrup əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarının 8.10 bəndini kobudcasına pozmuşlar. Nəticədə külli miqdarda qanunsuz və şantaj yolu ilə vəzifə səlahiyyətlərini aşaraq saxtakarlıq yolu ilə bizə pul ödətdirmişlər. Bu qanunsuz əməllərə hüquqi qiymət vermək istəməyən Baş Prokurorluq niyə bizim hüquqlarımızın bərpa olunmasına biganə yanaşır?!
Hörmətli Redaksiya! “Bakıelektrikşəbəkə” ASC-nin bir qrup əməkdaşları o cümlədən Enerji Departamenti və Maliyyə İdarəsi eyni zamanda Qaradağ RETSİ-nin rəisi, onun müavini (Canəhməd Əhmədob) nəzarətçiləri (Ruslan, Zakir) və “Proqress” firmasının direktoru Ramin tərəfindən qanunsuz və şantaj yolu ilə əlavə sərfiyyat altında mənimsənilmiş külli miqdarda pullarımızı tələb etdikdə (qanuni yolla istədikdə) Canəhməd Əhmədov bildirir ki, o bizim səslərimizi öz gəzdirdiyi mobil telefonuna yazıb və bununla da o, bizi br daha şantaj edir və bildirir ki, o bizim halal pullarımızı qaytarmayacaq və qoymayacaq qaytarmağa. Eyni zamanda bildirir ki, əgər bizim pulları qaytarsalar o bizə bizim pullarımızla özünə tikdirdiyi restoranda qonaqlıq verəcək. Baxıb görün necə olur ki, bu məmurlar özbaşınalıq edərək vətəndaşları dövlətdən narazı salır.
Bizim müraciətlərə Qaradağ RETSİ-dən Canəhməd Əhmədov bildirir ki, bizim arxamızda Baba Rzayev dayanıb və bizə heç kim bata bilməz deyə bizi şantaj edir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Qanunlarını rəhbər tutaraq:
Sizdən xahiş edirik:
1.Qanunsuz və şantaj yolu ilə ödənilmiş pullarımızın geri qaytarılmasına;
2.Kəsilmiş işıqların (dayandırılmış enerji təchizatının) dərhal bərpa olunmasına, yəni işıqların qoşulmasına;
3. “Bakıelektrikşəbəkə” ASC-nin bir qrup əməkdaşlarının qanunsuz və qanuna zidd əməllərinə hüquqi qiymət verilməsinə;
4.Əvvəllər Baş Nazirliyə və eyni zamanda “Bakıelektrikşəbəkə” ASC-ə aidiyyatı olan Nazirliyə yazmış olduğumuz müraciətlərə cavab verilməsinə;
5. Bizim hüquqlarımızın bərpa olunmasına köməklik göstərəsiniz.
İmza: Əliyev F.Ş
Həsənov M.Q
Mehdiyev F.Z
Həmidov H.S
Əsgərov S.S
Eyniyev N.S
Qazaxov Ş.İ
Nuriyev N.N.