6 ay müddətinə hazırlanan cihaz artıq patentləşdirilib və ilkin olaraq müsbət rəy alıb
Cihazı Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və bu ali təhsil müəssisəsinin standartlaşdırma və metrologiya kafedrasınını müdiri Şahlar Babayev hazırlayıblar.
Kəpəz TV xəbər verir ki, yeni ixtira olunan bu qurğu qapalı şəraitdə olan dəm qazını və digər yanmamış qazları təbii yolla atmosferin yuxarı qatlarına ataraq zərərsizləşdirir.
Şahlar Babayev: “Bu qurğu tüstü borulara yerləşdirilir. Küləyin enerjisindən istifadə edərək qurğu çönür və seyrəlmə yaradır, bunun da müqabilində otaqlara yığılan dəm qazı və digər qazlar atmosferə atılır”.
Qurğu artıq patentləşdirilib və cihazın geniş tətbiqi ilə bağlı Fövqaladə Hallar Nazirliyi, eləcə də digər aiddiyyəti qurumlar məlumatlandırılıb: "Respublikamızın təhsil naziri Mikayıl Cabbarov qurğu ilə bağlı FHN qarşısında vəsatət qaldırıb. Bu, bizim üçün böyük məsuliyyətdir. Layihə Azərbaycan Dövlət Neft Şirkətinə təqdim olunub. Yaxın zamanlarda bunun geniş tətbiqinə başlanılacaq”.
Bu qurğular gələcəkdə kütləvi şəkildə istehsal olunacaq. Ekspertlər bildirirlər ki, bu vaxta qədər qapalı halda heç bir enerji sərf etmədən dəm qazı və digər yanmamış qazların təbii yolla zərərsizləşdirilməsini təmin etmək üçün bundan yaxşı cihaz hazırlanmayıb.